Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi təbriklərinə görə İlham Əliyevə təşəkkür edib.
"Yeni Sabah" xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsində yazıb.
O, Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində tutduğu qətiyyətli mövqeyini yüksək qiymətləndirib. Toyuqlu pizza
"Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi həmişə qətiyyətli olub və buna görə də biz bunu həmişə yüksək qiymətləndirmişik", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna və Azərbaycan zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir, energetika və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini araşdırır, həmçinin lazım olduqda bir-birinə yardım edir.
"Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək", - Ukrayna Prezidenti vurğulayıb.
Telegram kanalımız