Zelenski və Tramp G7 sammitində iştirak edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Zelenski və Tramp G7 sammitində iştirak edəcəklər

Dünya

13 İyun 2026 20:20 161


Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək G7 ("Böyük Yeddilik") sammitində iştirak edəcəklər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub ki, dəvət olunmuş liderlərin, o cümlədən Ukrayna Prezidentinin iştirakı ilə sessiyalar iyunun 16-na planlaşdırılıb. G7 ölkələrinin liderləri və Zelenskinin Rusiyanı müharibənin başa çatdırılmasına dair danışıqlara necə sövq etmək barədə ümumi yanaşmanı müzakirə edəcəkləri gözlənilir. Sezar pizza

Bununla belə, tədbir çərçivəsində Zelenski və Tramp arasında ikitərəfli görüş nəzərdə tutulmayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!