Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena gələn həftə ilk səfərini İsrailə edəcək.
Yenisabah.az “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
Onların sözlərinə görə, dəvət İsrail prezidenti Yitzhak Hersoqun arvadı Mixal Hersoqdan gəlib. İyunun 19-da qonaq qəbul edəcək odur. Zelenskaya İsrailə iyunun 17 və ya 18-də gələcək. Dominos pizza
İki birinci xanım yəhudi dövləti ərazisində reabilitasiyadan keçən Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə baş çəkəcəkləri gözlənilir. Bundan əlavə, mənbələr Zelenskayanın İsrail rəsmiləri ilə görüşəcəyini deyirlər, lakin onun dəqiq planları hələ açıqlanmayıb. Ukrayna tərəfi bu məlumatı şərh etmir.
Telegram kanalımız