Zəlzələdən sağ çıxanlar itkinlərini axtarır

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələdən sağ çıxanlar itkinlərini axtarır

Dünya

03 Mart 2023 12:28 639


Türkiyəni yasa boğan zəlzələnin bir ayını geridə qoymasına 3 gün qalıb.

Yenisabah.az “Sözcü” qəzetinə istinadla xəbər verir ki, Türkiyədə baş verən zəlzələdən sonra yaxınlarının cəsədlərinə belə çata bilməyənlər var.

Minlərlə insanın taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Dominos pizza

Zəlzələnin böyük dağıntılara səbəb olduğu bölgələrdə toxunulmaz qalan divarlar və dirəklər itkin bildirişləri ilə doludur.

Rəsmi açıqlamalara görə, zəlzələdə can itkisi təxmini 45 min dir. Ancaq bu rəqəmin həqiqəti əks etdirmədiyini düşünənlər də az deyil.

İddia olunur ki, ümumi itki sayı minlərlədir və dağıntıların təmizlənməsi işləri zamanı onların böyük hissəsi dağıntılara qarışıb.

Dağıntıların baş verdiyi şəhərlərdə dağıntıların çıxarılması və itkinlərin axtarılması işləri davam etdirilir.

Şəhla AĞAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!