Zeynəb Xanlarovanın adından dələduzluq

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarovanın adından dələduzluq

Şou

29 May 2025 13:05 443


Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Yenisabah.az  xəbər verir ki, bu haqda müğənninin instaqram səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, Z.Xanlarovanın adından saxta profillər açılıb:

"Nəzərinizə çatdırmaq istəyirik ki, Zeynəb Xanlarova heç bir sosial şəbəkədən istifadə etmir. Onun adına açılmış bütün səhifələr pərəstişkarları tərəfindən, sənətkara qarşı olan sevgilərini bildirmək məqsədi ilə fəaliyyət göstərir. Həmçinin "@zeynebxanlarovamusic" səhifəsi də pərəstişkarı tərəfindən idarə olunur. Səhifəmizdə olan paylaşımları Zeynəb xanımın adından və rəsmi səhifə olaraq, ictimaiyyətə təqdim etməyin". Marqarita pizza

Əlavə olunub ki, Xanlarovanın konsert verəcəyi deyilərək, bilet satılır:

"Zeynəb Xanlarovanın adından saxta konsert verəcəyi xəbəri yayılıb. Bilet satışı ilə dolandırıcılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın. Rəsmi konsert xəbərləri yalnız müğənninin etibarlı və rəsmi kanalları vasitəsi ilə paylaşılır. Aldanmayın, diqqətli olun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!