Moldova bankı "Banca de Economii"nin keçmiş rəhbəri Qriqore Qaççeviç külli miqdarda mənimsəmə ittihamı ilə 13 il həbs cəzasına məhkum edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu məlumat yayıb.
O, cəzasını yarıqapalı islah müəssisəsində çəkəcək. Dördpendirli pizza
Keçmiş, bankirə, həmçinin beş il müddətinə bank sektorunda işləmək qadağan edilib.
İdarədən verilən məlumata görə, Qaççeviç ölkədən təxminən 1 milyard dollar vəsaitin çıxarılmasında iştirak etməkdə günahkar bilinib. Sxem bilərəkdən problemli kreditlərin verilməsi yolu ilə həyata keçirilib.
Qalmaqal 2014-cü ildə üç böyük bankın - Banca de Economii, Banca Sociala və Unibankın (respublikanın bank aktivlərinin təxminən üçdə birini təşkil edən) qanunsuz olaraq təxminən 1 milyard dollar xaricə köçürdüyü aşkar edildikdə baş verib. İstintaq müəyyən edib ki, Qaçkeviç 2005-ci ildən 2012-ci ilə qədər bir sıra kommersiya qurumlarına onların ödəmə qabiliyyətini yoxlamadan, faktiki ödəniş mənbələrini müəyyən etmədən və təminatsız zəmanətlərdən istifadə etmədən kreditlər verib. Borcalanların vəsaitlərdən sui-istifadə etməsi müəyyən edilib./Unikal
Telegram kanalımız