1 ölü, 4 yaralı: Ağcabədidə dəhşətli qəza

saytların hazırlanması

Evə çatdırılma

1 ölü, 4 yaralı: Ağcabədidə dəhşətli qəza

Hadisə

25 Aprel 2026 08:58 136


Ağcabədidə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Bakir Quliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Yevlax rayon sakini Azər Bədəlova məxsus "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!