100 minlik vergi cəzası alan şirkətlə Ali Məhkəmə müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

100 minlik vergi cəzası alan şirkətlə Ali Məhkəmə müqavilə imzaladı

İqtisadiyyat

29 Sentyabr 2026 12:08 85


Ali Məhkəmə informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının və proqram təminatı lisenziyalarının satın alınması ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, satınalma ilə əlaqədar olaraq “İNFİNİTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə  tərəflər arasında ümumi dəyəri 189.472 manat olan müqavilə bağlanıb.

Qeyd edək ki, müqavilə imzalanan şirkət 1 il əvvəl səyyar vergi yoxlamaları üzrə məsuliyyətə cəlb olunub. Yoxlamanın nəticəsinə əsasən 102.500,87 manat əlavə vergi və 51.250,44 manat maliyyə sanksiyası hesablanıb. pizza

Bundan əlavə, vergi öhdəlikləri üzrə – 2007-ci il Vergi Məcəlləsinə əsasən vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə şirkətə 1 hal üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!