11 minlik “Toyota” 14 min 500 manata satıldı – Dövlət maşınlarına böyük maraq

saytların hazırlanması

Evə çatdırılma

11 minlik “Toyota” 14 min 500 manata satıldı – Dövlət maşınlarına böyük maraq

İqtisadiyyat

01 Oktyabr 2026 11:42 85


Dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində təşkil olunan növbəti hərrac yekunlaşıb.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sentyabrın 29-da keçirdiyi hərracda ümumilikdə 26 nəqliyyat vasitəsi öz sahibini tapıb.

Satış zamanı bəzi avtomobillər üzrə alıcılar arasında ciddi qiymət artımı müşahid olunub. Belə ki, start qiyməti 11 min 700 manat təyin edilən “Toyota Corolla” markalı avtomobil 14 min 500 manata, ilkin dəyəri 12 min 300 manat olan “Hyundai Equus” markalı nəqliyyat vasitəsi isə 14 min 123 manata realizə olunub. Hərracda satılan digər avtomobillərin tam siyahısı qurumun rəsmi internet resursunda yerləşdirilib. Dördpendirli pizza

Qeyd edək ki, oktyabr ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə daha 4 hərracın keçirilməsi planlaşdırılır. Növbəti satışlar 6, 13, 20 və 27 oktyabr tarixlərinə təyin edilib. Hərracda iştirak etmək istəyən şəxslər “emlak.gov.az” və “auksion.gov.az” portalları üzərindən elanlarla tanış ola bilərlər.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!