139,8 milyon manat vətəndaşlara qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

139,8 milyon manat vətəndaşlara qaytarıldı

İqtisadiyyat

08 Sentyabr 2026 14:48 113


2026-cı ilin yanvar-avqust aylarında istehlakçılara 139,8 milyon manata yaxın ƏDV geri qaytarılıb.

"Yeni Sabah" xəbər verir ki, qeyd olunan dövrdə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, eləcə də bir sıra xidmətlərə görə ödənilmiş ƏDV-nin 139 milyon 829,14 min manatı müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılıb.

Geri qaytarılan ƏDV neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə sahəsində alınmış mallara, həmçinin teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik orkestr konsertləri, tibb xidmətləri və özəl tibbi praktika üzrə göstərilən xidmətlərə şamil olunub. Pepperoni pizza

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalarda gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də geri qaytarılıb.

Hesabat dövründə xarici vətəndaşların Azərbaycanda fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən qaytarılan “Tax Free” ƏDV-nin məbləği isə 6 milyon 208,3 min manat təşkil edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!