Rusiya səhiyyəsindən tarixi uğur

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səhiyyəsindən tarixi uğur

Sosial

14 Noyabr 2026 10:17 55


Rusiya səhiyyə qurumları fərdi qaydada hazırlanmış xərçəng peyvəndinin tətbiq edildiyi ilk pasiyentdə son dörd ay ərzində yeni şiş ocaqlarının əmələ gəlmədiyini rəsmən açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, onkoloji xəstəliklərin müalicəsində yeni yanaşma hesab olunan bu preparat hər bir xəstənin fərdi genetik xüsusiyyətləri və şiş hüceyrələrinin spesifik strukturu əsasında xüsusi olaraq hazırlanır. Mütəxəssislərin bildirdiyinə görə, peyvəndin əsas məqsədi orqanizmin immun sistemini aktivləşdirərək xərçəng hüceyrələrini tanımasını və onları məhv etməsini təmin etməkdir.

İlk sınaq pasiyentində müşahidə olunan dörd aylıq sabitlik və xəstəliyin irəliləməsinin dayanması klinik tədqiqatların növbəti mərhələləri üçün mühüm göstərici kimi qiymətləndirilir. Tibb mütəxəssisləri bu nəticənin gələcəkdə onkoloji xəstələrin fərdi müalicə protokollarının genişləndirilməsinə yol açacağını bildirirlər.  Onlayn mağaza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!