I Nikolayın qızının cehizi görün hansı qiymətə satıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

I Nikolayın qızının cehizi görün hansı qiymətə satıldı - FOTOLAR

Maraqlı

14 Noyabr 2026 10:21 61


XIX əsrdə Rusiya imperatorunun qızı üçün hazırlanan və təxminən iki əsrdir qorunub saxlanılan qiymətli çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min 440 avroya satılıb. İlkin qiyməti 80 min avrodan artıq hesab edilməyən kolleksiya gözləniləndən 4 dəfə baha alıcı tapıb.

“Yeni Sabah” xəbər verir ki, söhbət Rusiya imperatoru I Nikolayın qızı, böyük knyaginya Olqa Nikolayevnaya (1822-1892) məxsus olan səkkiz hissəli dəstdən gedir. Hərrac Paris yaxınlığındakı Noyi-sür-Sen şəhərində “Aguttes” hərrac evi tərəfindən təşkil olunub.

1840-cı ildə Sankt-Peterburqda hazırlanan dəst imperator sarayına qiymətli əşyalar tədarük edən “Nicholls & Plincke” şirkətinin sifarişi ilə ərsəyə gətirilib. Qızıl suyuna çəkilmiş 875 əyarlı gümüşdən hazırlanan kolleksiyanın ümumi çəkisi təxminən 17,8 kiloqramdır. Dəstə samovar, qəhvədan, çaydan, qəndqabı, süd qabı, çay süzgəci, qənd maşası və böyük oval sini daxildir. İnternetdən sifariş

Əşyaların üzərində bitki naxışları, meyvə çələngləri, müxtəlif mifoloji varlıqlar və Rusiya imperiyasının ikibaşlı qartalı təsvir olunub. Bəzi qabların tutacaqları isə yunan mifologiyasındakı Psixeyanı xatırladan qanadlı qadın fiqurları formasında hazırlanıb. Kolleksiyanın ən iri əşyası olan samovarın hündürlüyü 57 santimetrdir.

Hərrac evinin mütəxəssislərinin qənaətinə görə, dəsti I Nikolay qızı Olqa Nikolayevnanın cehizinin bir hissəsi kimi sifariş etdirib. Maraqlıdır ki, onun cehizinin hazırlanmasına hələ 1840-cı ildə başlanılıb. Gələcək böyük knyaginyanın cehizinə təkcə gümüş qab-qacaqdan ibarət təxminən 500 əşya daxil olub. Olqa Nikolayevna 1846-cı ildə Vürtemberq vəliəhd şahzadəsi Karl ilə ailə qurub. O, sonradan Vürtemberq kralı I Karl kimi taxta çıxıb.

Hərrac evinin məlumatına əsasən, imperator ailəsinə məxsus cehizin ayrı-ayrı hissələri ötən əsrdə müxtəlif muzeylərə və şəxsi kolleksiyalara yayılıb. Onların bir qismi hazırda Sankt-Peterburqdakı muzeylərdə, o cümlədən Faberje Muzeyində saxlanılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!