Fermasında elə bir dəyişiklik etdi ki, hər il yarım milyon dollar qazanır

saytların hazırlanması

Evə çatdırılma

Fermasında elə bir dəyişiklik etdi ki, hər il yarım milyon dollar qazanır

Maraqlı

14 Noyabr 2026 10:13 59


ABŞ-də bir fermer torpağının bir hissəsini külək enerjisi istehsalı üçün icarəyə verərək böyük gəlir əldə edir. O, heyvandarlıqla məşğul olmağa davam etməklə yanaşı, hər il təxminən 500 min dollar əlavə qazanc götürür.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Kanzas ştatının Flint Hills bölgəsində yaşayan Pit Ferrell 2800 hektar ərazidə heyvandarlıqla məşğuldur. Fermer təsərrüfatına yeni gəlir mənbəyi əlavə etmək üçün torpağının bir hissəsini külək enerjisi istehsalı məqsədilə icarəyə verib. O, elektrik enerjisinin satışından deyil, ərazisindən istifadə üçün ödənilən icarə haqqından pul qazanır.

2005-ci ildə fəaliyyətə başlayan Elk River külək elektrik stansiyasının ümumi gücü 150 meqavatdır. Stansiyanın yarısı Ferrellə məxsus torpaqda yerləşir. Fermerin ərazisində hər birinin gücü 1,5 meqavat olan 50 külək turbini quraşdırılıb. Turbinlər, onlara aparan yollar və digər qurğular birlikdə 20 hektar ərazini əhatə edir. Torpağın qalan hissəsində isə fermer əvvəlki kimi mal-qara saxlayır. Ətraf Mühitin Müdafiəsi Fondunun məlumatına görə, Ferrell ərazisindəki hər külək turbininə görə ildə təxminən 10 min dollar icarə haqqı alır. İnternetdən sifariş

Beləliklə, 50 turbindən əldə etdiyi illik gəlir təxminən 500 min dollara çatır. İstehsal olunan elektrik enerjisi regional elektrik şəbəkəsinə ötürülür. Fermer isə enerji satışından pay almır, yalnız torpağından istifadəyə görə ödəniş əldə edir.

Pit Ferrell 1990-cı illərdə külək turbinlərinin otlaqlara zərər verə biləcəyindən ehtiyatlandığı üçün ona edilən ilk təklifləri qəbul etməyib. Lakin sonradan aparılan araşdırmalardan sonra “Green Energy Resources” şirkəti ilə müqavilə bağlayıb. Bununla da fermer heyvandarlıq fəaliyyətini dayandırmadan torpağının bir hissəsini külək enerjisi istehsalı üçün icarəyə verib və əlavə gəlir mənbəyi yaradıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!