150 balla tələbə olmaq: Onlara təbrik düşmür?

saytların hazırlanması

Evə çatdırılma

150 balla tələbə olmaq: Onlara təbrik düşmür?

Sosial

01 Sentyabr 2022 17:09 11133


Bu il abituriyentlərin 150 və daha az balla tələbə adını qazanması birmənalı qarşılanmayıb. Göstəricinin aşağı olduğunu əsas gətirən bəzi sosial şəbəkə iştirakçıları onlara təbrik düşmədiyini bildiriblər. 

Milli Məclisin deputatı Etibar Əliyev Yanisabah.az-a açıqlamasında deyib ki, əgər keçid balı 150 bal müəyyən olunubsa, 150-200 arası bal toplayan hər bir abituriyentin tələbə adını qazanması normaldır:

“Bu aralıqda bal toplayan abituriyentlər özəl universitetləri seçmək məcburiyyətində qalırlar. Özəl universitetlər əsasən çöldə qalmamaq, yəni kəsilməmək üçün ehtiyyat variant kimi saxlanılır. Digər bir tərəfdən isə bəzi universitetlərin regionlarımızda yerləşən filialları vardır ki, abituriyentlər tələbəlikdən məhrum olmamaq üçün həmin yerləri də seçirlər. pizza sifarişi

150-200 bal ilə universitetə qəbul olmuş tələbələrə təhsil vermək çox çətindir. Çünki bu o deməkdir ki, onlar məktəbi də çox aşağı səviyyədə oxuyublar və zəif nəticə göstəriblər. Ancaq buna baxmayaraq fakt budur ki, bu tələbələrin hər biri özəl ali məktəbləri bitirə bilir. Türkiyə, Amerika təcrübəsinə əsaslanaraq bütün dünyada olduğu kimi aparıcı universitetlərin əksəriyyətinin özəl universitet olduğunu nəzərə alsaq, özəl ali məktəblər Azərbaycanda yarandıqdan sonra ümidlər çox idi ki, təhsildə inkişaf baş verəcək. Özəl universitetlər bir çox hallarda dövlət universitetlərini üstələyir. Çünki özəl ali məktəblərdə tələbələrə proqram və standartların seçilməsində müstəqillik verilir. Təəssüflər olsun ki, Azərbaycanda özəl universitetlərin nüfuzu çox aşağıdır. Zəif nəticə göstərənlərin bir çoxu həmin universitetlərə üz tutur.

Bir də dövlət ali təhsil məktəbləri vardır ki, həmən ali təhsul ocaqlarında çox da prestijli sayılmayan ixtisaslar mövcuddur. 150-200 bal toplayan abituriyentlər həmin ixtisasları seçirlər. Əlbəttə, onların gələcəkdə mütəxəssis kimi hazırlanmasında da çox böyük problemlər yaranır.

Məktəbi bitirən şagird yazmağı, oxumağı bildiyinə görə attestat alır. Ancaq təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzinin də 15 ixtisas seçimi imkanını yaratması, eyni zamanda özəl ali məktəblərin mövcudluğu 150-200 bal toplayan abituriyentlərin universitetə daxil olmasına gətirib çxıarır”.

Etibar Əliyev qeyd edib ki, tədris və eyni zamanda qiymətləndirmə sistemi mükəmməl olsa, həmin tələbələr heç bir semestr də oxuya bilməz:

“Özəl ali məktəbləri yalnız və yalnız pul maraqlandırır. 100 bal toplayan abituriyenti belə özəl universitet qəbul edə və elə imkan əlaçı olmağına imkan yarada bilər. 

Ancaq gələcəkdə onların işlə təmin olunmasında ciddi problemlər yaranacaq. Universiteti bitirmək o demək deyil ki, həmin şəxs əmək bazarında özünü doğruldacaq. 

Çox təəssüflər olsun ki, bu gün elə ali məktəblər var ki, onları tələbələrə bilik verməkdən daha çox tələbələrin universitetə köçürəcəyi və eyni zamanda kəsilərkən ödəyəcəyi vəsait maraqlandırır”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!