18 metrlik məzar: Zaur və Günaydan maraqlı görüntülər

saytların hazırlanması

Evə çatdırılma

18 metrlik məzar: Zaur və Günaydan maraqlı görüntülər

Maraqlı

16 Sentyabr 2026 09:49 159


Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva bir müddətdir Özbəkistanda səfərdədir.

“Yeni Sabah” xəbər verir ki, cütlük səfər çərçivəsində tarixi və dini məkanları ziyarət edir. Onlar sosial media hesablarında Hoca Daniyor ziyarətgahı və Şahi Zində məqbərələr kompleksi ilə bağlı paylaşım ediblər.

Zaur və Günay Baxşəliyeva Hoca Daniyor ziyarətgahının ən diqqətçəkən xüsusiyyətlərindən birinin təxminən 18 metr uzunluğunda olan məzar olduğunu bildiriblər. Onların sözlərinə görə, rəvayətə əsasən, Əmir Teymur Daniyor peyğəmbərlə əlaqələndirilən qalıqları Səmərqəndə gətirib və bu məkan zaman keçdikcə müsəlmanların, xristianların və yəhudilərin hörmət etdiyi ziyarətgaha çevrilib. pizza mizza

Cütlük Şahi Zində məqbərələr kompleksindən də söz açıb. Onlar burada əsrlər ərzində formalaşan məqbərələrin, mavi kaşılarla bəzədilmiş memarlıq nümunələrinin və Teymurilər dövrünə aid tikililərin xüsusi diqqət çəkdiyini qeyd ediblər.

Paylaşımda həmçinin Məhəmməd peyğəmbərin əmisi oğlu Qüsəm ibn Abbasın adı ilə bağlı müqəddəs ziyarətgahın da Şahi Zində kompleksində yerləşdiyi vurğulanıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!