Bu gün paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, saat 10:00-dan 13:00-dək Bakının Məhəmməd Naxçıvani, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Zivər bəy Əhmədbəyov, Pəhlivan Fərzəliyev, 4, 6 və 8-ci köndələn küçələri, habelə Mingəçevirin Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, 20 Yanvar, Mirzə Ələkbər Sabir və Təbriz küçələrində işıq olmayacaq.
Telegram kanalımız