20 koronavirus xəstəsi küçədə yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

20 koronavirus xəstəsi küçədə yaxalandı

Sosial

09 Fevral 2022 10:37 515


Fevralın 8-də polis əməkdaşları tərəfindən respublika ərazisində 20 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!