2025-ci ildə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

2025-ci ildə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb

Dünya

22 Sentyabr 2026 02:08 550


2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) açıqlayıb.

IOM, ölkələri insan alveri və miqrant qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün birgə fəaliyyət göstərməyə çağırıb. pizza mizza

Təşkilatın yaydığı açıqlamada bildirilib ki, sentyabrın 15-nə olan məlumata əsasən, bu il dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 39 faiz azalıb.

Buna baxmayaraq, ilin əvvəlindən etibarən ən azı 2292 nəfər ölüb və ya itkin düşüb. Ötən ilin eyni dövründə bu göstərici 1999 nəfər olub.

IOM-un baş direktoru Emi Poup onu da bildirib ki, miqrant qaçaqmalçıları əvvəlcədən plan qurur və ölkələr arasındakı boşluqlardan istifadə edirlər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!