Azərbaycanın 2027-ci il üzrə icmal büdcəsinin əsas göstəriciləri bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, növbəti ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində gözlənilir. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 639,5 milyon manat və ya 5,9 faiz çoxdur.
İcmal büdcənin xərcləri istiqamətində də artım dinamikası planlaşdırılır. Belə ki, 2027-ci ildə büdcə xərclərinin 50 milyard 386,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu da cari ilin təsdiqlənmiş göstəricisindən 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz artıqdır. Pepperoni pizza
Cəlalə
Telegram kanalımız