2027-ci ilin büdcəsi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

2027-ci ilin büdcəsi açıqlandı

İqtisadiyyat

17 Sentyabr 2026 12:48 116


2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.

Bu barədə "Yeni Sabah"a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, gələn il dövlət büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625 milyon manat və ya 1,6 faiz çox olacaq. Sezar pizza

Dövlət büdcəsinin xərclərinin isə 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artacağı gözlənilir.

2027-ci il üzrə büdcə kəsirinin 3 milyard 166 milyon manat təşkil edəcəyi və ümumi daxili məhsulun 2,2 faizinə bərabər olacağı proqnozlaşdırılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!