21 marşrutun hərəkət sxemi dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

21 marşrutun hərəkət sxemi dəyişdirildi

Sosial

29 Avqust 2026 13:42 76


Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Yeni Sabah" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyətə görə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək. Marqarita pizza

Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!