27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi  - Fotolar
23 Yan 2021 15:57
311

27 yaşlı şəhidimiz Gəncədə dəfn edildi - Fotolar

Vətən müharibəsinin ilk günlərindən itkin düşən, dünən isə şəhid xəbəri gələn İbrahimov Muradın nəşi bu gün doğulduğu Gəncə şəhərinə gətirilib. 

Yenisabah.az xəbər verir ki, şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

27 yaşlı M.İbrahimov Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, M.İbrahimovun adı Müdafiə Nazirliyinin yaydığı Vətən müharibəsində itkin düşən hərbçilərimizin siyahında olub. 

Onun Vətənə əmanət bir yaşlı oğlu qalıb.

/Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər