Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

3-cü doza vaksin kimlərə vurulmalıdır?  - ÜST açıqladı
16 Sen 2021 15:33
1803

3-cü doza vaksin kimlərə vurulmalıdır? - ÜST açıqladı

“Artıq ortaya çıxıb ki, vaksinlərin qoruyuculuğu bir müddət sonra azalmağa başlayır. Bunu artıq görürük”.

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

“Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualına cavab verən ÜST nümayəndəsi bildirib ki, üçüncü doza məsələsinin elmi olaraq vacibliyi ortaya çıxır. Onun sözlərinə görə, hələ səhiyyə işçilərini peyvəndləməmiş ölkələr var: “O ölkələr bu vəziyyətdəykən ehtiyacı olmayanlara, risk qrupunda olmayanlara üçüncü dozanın vurlmasını etik olaraq da doğru saymırıq. Bizim direktorumuz da üçüncü dozanın sadəcə ehtiyacı olanlara, yaşı 65-dən çox olanlara, səhiyyə işçilərinə vurulmasını tövsiyə edir”.

H. Harmancı hələ peyvənd ala bilməyən ölkələrdəki insanların, xüsusilə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olanların vaksinlənməsini daha vacib hesab edir. 

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər