Azərbaycanda 3 uşaq koronavirusa yoluxub   – Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 uşaq koronavirusa yoluxub – Foto

Sosial

29 Mart 2020 12:45 5821


Azərbaycanda koronavirusa yoluxmuş 182 nəfərdən 3-ü uşaqdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunur.

Qeyd edək ki, uşaqların koronovirusa yoluxma riskinin az olması və ya uşaqların koronavirus xəstəliyini yüngül keçirməsi haqda mülahizələr var. Ancaq, son günlər dünyanın müxtəlif ölkələrində virusa yoluxmuş uşaqların belə ölüm hallarına rast gəlinir.

Bu baxımdan, uşaqların təcridinə, evdə qorunmasına və gigiyenasına xüsusi diqqət edilməlidir.

koronavirusinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!