Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı

Siyasət

03 Oktyabr 2026 22:34 132


Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində maliyyə yoxlaması aparılır.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, qurumun 12 illik dövrü yoxlanılır.

Belə ki, sözügedən yoxlama Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da vəzifədə olduğu dövrə təsadüf edir. Marqarita pizza

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Bəxtiyar Əsgərov daimi nümayəndəliyin rəhbəri vəzifəsindən azad edilib.

O, Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyinə 2014-cü ilin fevralından 2026-cı ilin sentyabr ayına qədər rəhbərlik edib. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!