“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək

İdman

04 Oktyabr 2026 10:44 48


Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) futbol komandalarının veteranları bu gün qarşılaşacaq.

"Yeni Sabah" xəbər verir ki, yubiley matçı saat 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı da “Neftçi” və “Spartak” (Vilnüs) qarşılaşıb. O vaxt “Neftçi” “Neftyanik” adı ilə çıxış edib. Bakı təmsilçisi Vilnüs “Spartak”ından üstün olub - 4:0. Pepperoni pizza

Həmin tarixi oyunun ilk qolunu sonradan Azərbaycan futbolunun ən tanınmış hücumçularından birinə çevrilən Ələkbər Məmmədov vurub. O, görüşdə ümumilikdə iki dəfə fərqlənərək qələbədə əsas rol oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!