Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.
Bu barədə "Yeni Sabah"a ƏƏSMN-dən məlumat verilib.
Həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub). pizza sifarişi
112 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub və kursları bitirdikdən sonra işlə təmin ediliblər.
Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.
Telegram kanalımız