Türkmənistan prezidenti, bu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Serdar Berdıməhəmmədova ordu generalı hərbi rütbəsi verilib.
Yenisabah.az xəbər verir ki, Türkmənistan Məclisinin (parlamentinin) müvafiq qərarı cümə günü “Neytral Türkmənistan” hökumət qəzetində və ölkənin digər aparıcı KİV-lərində dərc olunub.
Parlamentin qərarında qeyd edilir ki, bu qərar “Türkmənistan Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq” qəbul edilib. 9-cu bənddə. 81-ci maddədə deyilir ki, Məclis “dövlət təltifləri təsis edir, Türkmənistan prezidentini dövlət mükafatları ilə təltif edir, ona hərbi rütbələr və digər dövlət rütbələri verir”. Pepperoni pizza
Yanvarın 27-də Türkmənistanda Vətən Müdafiəçiləri Günü qeyd olunur.
Türkmənistanın eks-prezidenti, Serdar Qurbanqulu Berdiməhəmmədovun atası da ordu generalı hərbi rütbəsinə malikdir.
Serdar Berdiməhəmmədovun 41 yaşı var.
Telegram kanalımız