Yanvar-oktyabr aylarında işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan 593 min manat sosial xarakterli ödənişin gecikdirildiyi müəyyən edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində gecikdirilmiş vəsaitin tam şəkildə işçilərə ödənilməsi təmin olunub. Həmin məbləğin 90 faizi əməkhaqqından, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub. Online alış-veriş
Bundan başqa, müraciətlərin araşdırılması zamanı 72 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi aşkarlanıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin müdaxiləsi nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Aytac Əliyeva
Telegram kanalımız