Yeni il gecəsi türkiyəli müğənnilərə yenidən milyonlarla lirə qazandıracaq.
“Yeni Sabah” xəbər verir ki, onların səhnəsinə çıxacağı məkanlar və qonorarı artıq bəlli olub.
Siyahının ilk pilləsində Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgül qərarlaşıb. Onların hər biri Kiprdəki çıxışına görə 25 milyon lirə (təxminən 846 min manat) qazanacaq. Online shopping Azərbaycan
Yıldız Tilbe və Hadise isə 22 milyon 600 min lirə (təxminən 765 min manat) qonorar alacaqlar. Hər iki müğənni Kiprdə səhnəyə çıxacaq.
Edis İstanbulda, Hande Yener və Gülşen isə Kiprdə Yeni il proqramında iştirak edəcək. Bu sənətçilərin hər birinə 20 milyon lirə (təxminən 675 min manat) ödəniləcək.
Digər ifaçıların Yeni il gecəsi üçün alacaqları qonorar belədir:
Sibel Can – 15 milyon lirə (təxminən 508 min manat), Kipr;
Bülent Ersoy – 15 milyon lirə (təxminən 508 min manat), Batumi;
Özcan Deniz – 15 milyon lirə (təxminən 508 min manat), Kipr;
Funda Arar – 12 milyon 500 min lirə (təxminən 423 min manat), İstanbul;
Candan Erçetin – 12 milyon 500 min lirə (təxminən 423 min manat), Kipr;
Sıla Gençoğlu – 12 milyon 500 min lirə (təxminən 423 min manat), Antalya.
Telegram kanalımız