600-dən çox bal toplayan abituriyentlərin üstünlük verdiyi ali təhsil müəssisələrinin adları açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, yüksək bal toplayan abituriyentlərin ən çox seçdiyi universitetlər arasında Azərbaycan Tibb Universiteti ilk sırada qərarlaşıb.
Belə ki, 600-dən çox bal toplayan 831 abituriyent Azərbaycan Tibb Universitetini seçib. pizza hut
Siyahıda yer alan digər universitetlər və onları seçən abituriyentlərin sayı belədir:
Bakı Dövlət Universiteti – 505 nəfər
ADA Universiteti – 285 nəfər
Bakı Ali Neft Məktəbi – 265 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti – 234 nəfər
Qarabağ Universiteti – 196 nəfər
Naxçıvan Dövlət Universiteti – 166 nəfər
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 95 nəfər
Dövlət İdarəçilik Akademiyası – 83 nəfər
Bakı Mühəndislik Universiteti (İNHA ilə) – 76 nəfər
Milli Aviasiya Akademiyası – 50 nəfər
Türkiyə–Azərbaycan Universiteti – 42 nəfər
Dövlət Gömrük Komitəsinin Akademiyası – 19 nəfər
Aytac Əliyeva
Telegram kanalımız