600-dən çox məktəbə yeni direktor təyin olunacaq

saytların hazırlanması

Evə çatdırılma

600-dən çox məktəbə yeni direktor təyin olunacaq

Sosial

16 Sentyabr 2026 10:59 263


"Bu il ilk dəfə olaraq, 600 nəfərdən artıq məktəb direktorunun təyinatını həyata keçirəcəyik. İlk dəfədir ki, sertifikasiya nəticələri əsasında müəyyən müsahibələr keçirilməklə sürətli şəkildə məktəb rəhbərləri təyin ediləcək".

“Yeni Sabah” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramında müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, direktorların işə qəbulu prosesinin nəticələri yaxın həftələrdə – ayın sonuna qədər açıqlanacaq: pizza sifarişi

"Həll etməyə çalışdığımız problemlərdən biri odur ki, müəllimdən məktəb rəhbərinə gedən karyera yolu düzəltməliyik. Təhsil sistemimizdə uzun müddət keyfiyyətli məktəb direktorundan daha çox şəffaf seçimə diqqət etmişik. Lakin yaxşı məktəb direktoru seçmək üçün müsahibə önəmli məsələdir. Məktəb direktoru dediyimiz idarəçi şəxs, ilk növbədə, yaxşı idarəçi olmalıdır. Öz fənnini bilməyən adamdan məktəb direktoru çıxmaz. Həmçinin metodist təcrübəsi olmalıdır ki, başqa müəllimləri arxasınca apara biləcək liderlik qabiliyyəti olsun. Ona görə də qeyd etdiyimiz karyera yolunda metodistləri rolunu çox vacib görürəm", – deyə nazir bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!