7,2 bal gücündə ZƏLZƏLƏ oldu - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

7,2 bal gücündə ZƏLZƏLƏ oldu - XƏBƏRDARLIQ

Dünya

05 Aprel 2025 08:45 13166


Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, zəlzələ qısa müddətlik sunami təhlükəsi ilə müşayiət olunub.

Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) məlumat yayıb. Qurumun yaydığı açıqlamaya əsasən, sunami xəbərdarlığı edilsə də, cəmi bir dəqiqə sonra xəbərdarlıq ləğv olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) isə zəlzələnin episentrinin Yeni Britaniya bölgəsində qeydə alındığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!