Dünyada yalnız 1 ədəd olan 1953-cü il istehsalı “Cadillac Elegante”, 73 ildən sonra 1 milyon 275 min dollara satılaraq “Cadillac” tarixinin hərrac rekordunu qırıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatında “Kruse Auctions” tərəfindən keçirilən açıq hərracda satılan avtomobil, 2023-cü ildə 940 min dollara alıcı tapan 1934-cü il model “V16 Fleetwood”un rekordunu geridə qoyub. “Cadillac Series 62” şassisi üzərində yığılan və alüminium gövdəsi İtaliyadakı “Carrozzeria Motto” emalatxanasında 30 ay ərzində əl işçiliyi ilə formalandırılan avtomobilin dizaynı məşhur dizayner Albrext fon Qyortsun imzasını daşıyır.
Mirvari rəngli ağ gövdəyə, qızılı tavan örtüyünə, tünd qırmızı İtalyan dərisi ilə bəzədilmiş salona və işıqlandırılan medalyonlu xüsusi sükan çarxına malik avtomobilin qapı tutacaqları, ön şüşə çərçivəsi və bəzi bürünc hissələri 24 karatlıq təmiz qızılla örtülüb. Toyuqlu pizza
Təxminən 210 at gücü hasil edən 5.4 litrlik V8 mühərriklə və elektron-hidravlik açılıb-bağlanan bərk tavanla təchiz edilən, odometri cəmi 6 min 970 kilometri göstərən bu model ilk dəfə 1955-ci ildə Nyu-York Avtomobil Sərgisində təqdim olunub. Başlanğıcda 10 ədəd istehsal olunması planlaşdırılsa da, bu plan reallaşmadığı üçün unikal qalan avtomobil illər sonra “Endrü” qasırğası zamanı zərər görüb və onun tam 16 il sürən restavrasiya prosesi 2014-cü ildə yekunlaşıb. 73 il boyunca gözlərdən uzaq saxlanılan bu yeganə nümunə beləliklə brendin tarixinə ən yüksək satış qiyməti ilə düşüb.
Telegram kanalımız