Sakit okeanın ada ölkəsi Vanuatuda 7,4 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb və Vanuatunun paytaxtı Port Viladan cəmi 30 kilometr qərbdə baş verib.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Vanuatu sahil zolağının bəzi hissələrində bir metrə yaxınlaşan dalğaların yarana biləcəyi barədə xəbərdarlıq edib.
Daha sonra sunami xəbərdarlığı ləğv edilib.
Aytac Şahin
Telegram kanalımız