76 mindən çox aztəminatlı ailəyə ünvanlı sosial yardım edilib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

76 mindən çox aztəminatlı ailəyə ünvanlı sosial yardım edilib - Rəsmi

Sosial

15 Yanvar 2026 12:53 340


2025-ci ildə 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib. Bu məbləğ 2024-cü ilin göstəricisi ilə müqayisədə 22 milyon manat çox olub.

"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da həmin 76 mindən çox aztəminatlı ailənin 336 minə yaxın ailə üzvünə şamil edilib. pizza mizza

"Bundan əlavə, 2025-ci ilin dekabrın 22-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ötən il dekabrın 30-na ünvanlı sosial yardım alan ailələrə 200 manat məbləğində birdəfəlik yardımlar verildi. Bunun üçün dövlət büdcəsindən 15 milyon 300 min manat məbləğində vəsait ayrıldı", - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!