30 Sentyabr - 01:06
8 milyon ukraynalı ölkəni tərk edib

8 milyon ukraynalı ölkəni tərk edib

Dünya

03 Avqust 2022 10:46 433


Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul şəxsi İlva Yohansson Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 8 milyon ukraynalının Aİ ölkələrinə getdiyini bildirib. Bu şəxslərin təxminən yarısı Aİ-nin müvəqqəti mühafizəsində qeydiyyata alınıb.

Yenisabah.az xəbər verir ki, İlva Yohansson Ukraynanın paytaxtına səfəri çərçivəsində bu ölkənin daxili işlər naziri Denis Monastirski ilə keçirdiyi birgə mətbuat konfransında ukraynalı qaçqınlar haqqında məlumat verib.

Müharibə başlayandan bəri AB ölkələrinə sığınan ukraynalıların sayının 8 milyon olduğunu qeyd edən Yohansson bu rəqəmin bir AB ölkəsinin əhalisi qədər olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!