Metronun Bənovşəyi xətti üzrə inşa edilən sayca üçüncü - "8 noyabr" stansiyasında son tamamlanma işləri davam etdirilir.
Yenisabah.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda yeni stansiyada infrastruktur qurulur: pizza mizza
"Bu istiqamətdə işlər sürətləndirilib. İnfrastruktur dedikdə, yəni idarəetmə, hərəkətin təşkili, mühəndis - texniki qurğuların quraşdırılması, sazlanması və onların sınaq işlərinin aparılması da daxildir. Metropoliten mürəkkəb, çoxşaxəli infrastruktura malik nəqliyyat vasitəsi olduğundan burada bir çox aparıcı sistemlərin, mexanizmlərin zəncirvari əlaqəsi də olmalıdır. Bu istiqamətdə də quraşdırma, sazlama və sınaq işləri davam etdirilir". (Trend)
Telegram kanalımız