Dünyanın çip və texnologiya nəhənglərindən biri olan AMD, süni intellekt sahəsinin öncüllərindən Dr. Fey-Fey Li tərəfindən qurulan “World Labs” şirkətini öz bünyəsinə qatmaq üçün rəsmi müqavilə imzalayıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, səhmlərin mübadiləsi yolu ilə həyata keçirilən və ümumi dəyəri təxminən 8,2 milyard dollar qiymətləndirilən bu nəhəng razılaşmanın tənzimləyici qurumların təsdiqindən sonra 2026-cı ilin sonunadək yekunlaşması gözlənilir.
Bu satınalma nəticəsində “World Labs”ın dünyaca məşhur tədqiqatçı və model mütəxəssislərindən ibarət komandası AMD-yə qoşulacaq. Birləşmə AMD-nin inkişaf etməkdə olan süni intellekt modelləri və tətbiqləri istiqamətində aparat təminatı (hardware), proqram təminatı (software) və ümumi sistem hazırlama gücünü kəskin artıracaq. pizza mizza
Qeyd edək ki, “World Labs” xüsusilə məkan yönümlü süni intellekt, robotik öyrənmə və simulyasiya texnologiyaları sahəsindəki innovativ işləri ilə tanınır.
Telegram kanalımız