İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Milandakı “San Raffaele” klinikasına yerləşdirilib.
Yenisabah.az “İl Foglio” qəzetinə istinadla xəbər verir ki, 86 yaşlı siyasətçi kompyuter tomoqrafiyasından keçib.
Nəşrin məlumatına görə, Berluskoni ağciyərlərində yaranan problemlərə görə reanimasiya şöbəsindədir. Toyuqlu pizza
Xatırladaq ki, keçən həftə də Berluskoni dörd gün eyni xəstəxanada qalıb. O zaman siyasətçinin səhhətindəki problemi araşdırmaq üçün daha çox vaxta ehtiyacı olduğu bildirilirdi.
Telegram kanalımız