Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlir qazanılması məqsədilə sentyabr ayında 5 depozit hərracı keçirib.
“Yeni Sabah” xəbər verir ki, hərraclar çərçivəsində xəzinə hesabının 87 milyon manatlıq qalığı kommersiya banklarında müddətli depozit kimi yerləşdirilib. Vəsaitlər 28 və 84 gün müddətlərinə, illik orta çəkili 6.5% faiz dərəcəsi ilə banklara təqdim olunub.
Qeyd olunub ki, bu mexanizm “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” əsasında həyata keçirilir. Maliyyə Nazirliyi yeni idarəetmə alətləri sayəsində dövlət büdcəsinə əlavə daxilolmalar təmin etməklə yanaşı, vəsaitlərin yerləşdirilməsi vasitəsilə bank sektorunda likvidliyin artırılmasına da dəstək verir. Pepperoni pizza
Telegram kanalımız