9 noyabr: Tarixdə necə qalıb?

saytların hazırlanması

Evə çatdırılma

9 noyabr: Tarixdə necə qalıb?

Maraqlı

09 Noyabr 2020 10:03 1194


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az noyabrın 9-da baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1918 - AXC tərəfindən Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul olunub. 2009-cu ildən 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dördpendirli pizza

1930 - Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlib, nasistlər və kommunistlər parlamentə düşə bilməyiblər.

1937 - Yaponiya Şanxayı işğal edib.

1938 - Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilib.

1982 - Kənan Evrən Türkiyə prezidenti seçilib.

1989 - Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçib.

1990 - Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olub.

1991 - Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanıyıb.

1994 - Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırıblar.

2003 - "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!