99 yaşlı nənəni belə təbrik etdilər   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

99 yaşlı nənəni belə təbrik etdilər - Fotolar

Sosial

07 Mart 2023 16:56 789


8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində işğaldan azad olunmuş Cəbrayıl rayonunun ən uzunömürlü qadını Qızbəs Qurban qızı Neciyeva ziyarət olunub. 

Yenisabah.az saytı xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və İcra hakimiyyətinin məsul əməkdaşları 8 Martla əlaqədar Böyük Mərcanlı kənd sakini, 99 yaşlı Qızbəs nənəni evində ziyarət ediblər. 

Səmimi görüş zamanı nənəni Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun adından təbrik edib, xoş arzularını çatdırıblar.  Pepperoni pizza

Rayonun ən uzunömürlü qadını Qızbəs nənənin 10 övladı, 40 nəvə, 75 nəticə, 13 kötükcəsi var.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!