Türkiyədə İstanbuldan İraqa gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Qəza Türkiyənin mərkəzində yerləşən Ankara–Niğdə avtomobil yolunun Aksaray şəhəri yaxınlığındakı hissəsində baş verib. Toyuqlu pizza
İlkin məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxaraq aşıb. Avtobusda olan 37 sərnişin, 2 sürücü və bələdçi müxtəlif xəsarətlərlə Aksaraydakı xəstəxanalara çatdırılıb.
Yaralananlar arasında uşaqların da olduğu bildirilir./APA
Telegram kanalımız