Xırdalanda yerləşən AAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər dolaşır.
Bu haqda “Yeni Sabah”a məlumat verən sakinlər bildirib ki, günü-gündən itlərin sayı artmaqdadır. “Uşaqları küçəyə buraxmağa qorxuruq. Həyətdə dəstə ilə küçə itlər gəzir. Kompleks rəhbərliyinə dəfələrlə müraciət etsək də, heç bir tədbir görülmür. İtlər nəinki uşaqlara, böyük adamlara da hücum edir. Kompleks ərazisində sərbəst gəzmək çox təhlükəlidir. Bina sahibləri, AAF Park rəhbərliyi öz həyətlərində sürü ilə gəzən itləri qovmur, tədbir görmür”.
Sakinlər məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirirlər. Sezar pizza
Telegram kanalımız