“Azərbaycan Beynəlxalq Bankı” ASC balansında olan növbəti daşınmaz əmlakın satışını təşkil edir.
“Yeni Sabah” xəbər verir ki, hərrac 22 oktyabr 2026-cı il tarixində, saat 10:00-da start götürəcək. Satışa çıxarılan obyekt Şamaxı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 85 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. 273,2 kvadratmetrlik tikili 0,0233 hektar torpaq sahəsini əhatə edir.
Start qiyməti 122 min manat təyin olunan əmlakın hərracında iştirak etmək üçün iştirakçılar ilkin dəyərin 10 faizi məbləğində - 12 min 200 manat beh ödənişi etməlidirlər. Dördpendirli pizza
Potensial alıcılar hərrac gününədək hər həftənin cümə günləri (saat 10:00-dan 12:00-dək) obyekti yerində nəzərdən keçirə bilərlər. Prosedur İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında baş tutacaq.
Telegram kanalımız