ABB-nin sədr müavini və digər rəhbər şəxsləri bankdan pay alıb

saytların hazırlanması

Evə çatdırılma

ABB-nin sədr müavini və digər rəhbər şəxsləri bankdan pay alıb

İqtisadiyyat

21 Sentyabr 2026 17:05 146


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbər və digər insayder şəxsləri bankın səhmlərinin alınması üzrə əqdlər bağlayıblar.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, avqust ayı ərzində 10 insayder ümumilikdə 11 707 ədəd ABB səhmi alıb. Bütün əqdlərdə bir səhmin alış qiyməti 0,27 manat olub. Əməliyyatların ümumi məbləği 3 160,89 manat təşkil edib.

Ən böyük əqdi ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bağlayıb. O, 10 007 ədəd səhmi 2 701,89 manata alıb. Əməliyyatdan sonra Vasif Əhmədovun sahib olduğu ABB səhmlərinin sayı 99 082 ədədə, bankın nizamnamə kapitalındakı payı isə 0,00208794%-ə çatıb.  Dominos pizza

Bankın baş direktoru Fuad İslamov da 100 ədəd ABB səhmi alıb. Onun əməliyyatının məbləği 27 manat təşkil edib. 

Bundan başqa, ABB-nin Qrup Audit direktoru Elgün Qurbanov və Mərkəzi Xəzinədarlıq Departamentinin direktoru Kamran Hüseynovun hər biri 100 səhm alıb. 

ABB-də ofis rəhbəri olan və eyni zamanda “ABB-İnvest” İnvestisiya Şirkətinin Müşahidə Şurasında təmsil olunan Ülvi Qasımov da 100 səhm əldə edib. 

Həmçinin Məzahir Dadaşov 100, Fərid Şahmuradov 100, Kəmaləddin Həsənov 400, Elvin Kərimov 500, Amil Həsənov isə 200 ədəd ABB səhmi alıb.

Beləliklə, avqustda açıqlanan insayder əqdləri üzrə ABB səhmlərinin alınmasına ümumilikdə 3 160,89 manat yönəldilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!