Abid Şərifova bağlılığı olan şirkətə 5,2 milyon manat ödənəcək

saytların hazırlanması

Evə çatdırılma

Abid Şərifova bağlılığı olan şirkətə 5,2 milyon manat ödənəcək

İqtisadiyyat

22 Sentyabr 2026 12:19 219


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (Keçmiş “Azərsu” ASC) “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC (VÖEN – 1000085511 ) ilə satınalma müqaviləsi imzalayıb.

"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Müqavilənin şərtlərinə görə, “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları, eləcə də Sumqayıt şəhər inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işlərini həyata keçirəcək. Toyuqlu pizza

Görüləcək işlərin qarşılığnda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ASC-yə 5 milyon 201 min 558 manat ödəyəcək.

Nizamnamə kapitalı 377 min 290 manat olan “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Yasamal rayonu, Qurban Xəlilov, ev 8”də yerləşən ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfəndiyeviçdir.

Həmzət İsmiyev “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin direktorlar şurasının sədri İsmiyev İsmayıl-Əfəndi Hacımuradoviçin oğludur. 1955-ci ildə Dağıstan Respublikasında anadan olan İsmayıl İsmiyev 1978-ci il Saratov Politexnik İnstitutundan məzun olub.

Daha əvvəl yayılan məlumatlarda ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) birinin 1995-2018-ci illərdə Baş nazirin müavini olmuş Abid Şərifovun xanımı Sədayə Şərifova olduğu qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!