Abituriyentlər üçün vacib xəbər -   DİM elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlər üçün vacib xəbər - DİM elan etdi

Sosial

12 Avqust 2026 15:55 28


2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 12-dən 19-u saat 23:59-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçmək hüququ olan və müsabiqə şərtini ödəyən abituriyent aid olduğu ixtisas qrupu və ya altqrup üzrə 15-dək ixtisasın kodunu seçə bilər. pizza mizza

Abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizəni təsdiqləməlidir.

İxtisas seçimi zamanı abituriyent həmin ixtisas üzrə dövlət sifarişi əsasında, yoxsa ödənişli əsaslarla təhsil almaq istədiyini də qeyd etməlidir. Hər iki əsas üzrə müsabiqədə iştirak etmək istəyənlər isə eyni ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməlidirlər.

İxtisasların kodlarını, onların sayını və ərizədəki ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!