Azərbaycan və Macarıstan arasında dövlətlərarası diplomatik münasibətlərin təməli 1992-ci il aprelin 20-də qoyulub. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla yanaşı, 2004-cü ildə Bakıda səfirliliyini açaraq bu addımı atan ilk Avropa İttifaqı ölkələri sırasına daxil olub. İkitərəfli əlaqələr 2014-cü ildə Budapeştdə imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, daha sonra 2023-cü ilin yanvarında Bakıda imzalanan Gücləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə yeni müstəviyə keçib. İki ölkə rəhbərliyinin mütəmadi qarşılıqlı səfərləri və siyasi dialoqu münasibətlərin dinamik inkişafını təmin edir.
Münasibətlərin mənəvi təməlini xalqlar arasındakı etnik və tarixi yaxınlıq faktoru təşkil edir. Macarların mənşəyində duran qədim tayfaların və qıpçaqların türk xalqları ilə tarixi bağları elmi dairələrdə qəbul edilən reallıqdır. Bu etnokultural yaxınlığın bariz nümunəsi kimi Macarıstan 2018-ci ildə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu alıb və 2019-cu ildən Budapeştdə təşkilatın Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Ölkədə hər iki ildən bir keçirilən Böyük Qurultay (Hun-Türk xalqlarının etno-festivalı) bu tarixi köklərə verilən dəyərin əyani göstəricisidir.
Azərbaycan və Macarıstan arasında tarixi bağlara və strateji maraqlara söykənən münasibətlər çoxtərəfli platformalarda, infrastruktur, kənd təsərrüfatı və mülki aviasiya daxil olmaqla çoxsaylı strateji sahələrdə konkret nəticələrlə zənginləşir. pizza hut
Diplomatik və siyasi müstəvidə hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT və Avropa Şurasında bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir. Macarıstan Avropa İttifaqı daxilində Azərbaycanın obyektiv mövqeyini müdafiə edən və ikitərəfli dialoqun inkişafına mühüm töhfə verən əsas tərəfdaşlardan biridir. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisi ilə Macarıstan Parlamenti arasında fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları qanunvericilik sahəsində təcrübə mübadiləsini və siyasi həmrəyliyi möhkəmləndirir.

Etnik və mədəni platformada Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisindəki əməkdaşlıq xüsusi weight daşıyır. Macarıstan sabiq Baş naziri Viktor Orbanın TDT Sammitlərində mütəmadi iştirakı və Budapeştdəki Nümayəndəlik Ofisinin fəaliyyəti Mərkəzi Avropa ilə Türk dünyası arasında institusional körpü rolunu oynayır. Hər iki ölkənin elmi müəssisələri, o cümlədən AMEA və Macarıstan Elmlər Akademiyası arasında arxeologiya, antropologiya və dilçilik sahələrində birgə tədqiqatlar aparılır. Bu tədqiqatlar qıpçaq və hun irsinin, eləcə də Avrasiya xalqlarının tarixi miqrasiya marşrutlarının elmi əsaslarla öyrənilməsinə xidmət edir.
İqtisadiyyat və energetika sahələri strateji əməkdaşlığın ana xəttini formalaşdırır. Enerji sektorunda Macarıstanın ən böyük neft-qaz şirkəti olan "MOL Group" 2019-cu ildə 1,57 milyard dollar sərmayə qoyaraq "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 9,57% və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində 8,9% pay almaqla layihələrin BP və SOCAR-dan sonra üçüncü ən böyük tərəfdaşına çevrilib. Təbii qaz təchizatı sahəsində isə 2023-cü ildən etibarən Azərbaycan qazının Cənub Qaz Dəhlizi və birləşdirici boru kəmərləri (interkonnektorlar) vasitəsilə Macarıstan bazarına nəqlinə başlanılıb. Bununla yanaşı, iki ölkə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə yaşıl enerjinin Avropaya ötürülməsini nəzərdə tutan "Green Energy Corridor" layihəsində birgə iştirak edir.
İkitərəfli ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir. Macarıstan şirkətləri Azərbaycanda kənd təsərrüfatı, əczaçılıq (xüsusilə "Richter Gedeon" brendi) və tikinti sektorlarında fəal fəaliyyət göstərir. Eyni zamanda, Macarıstan iş adamları işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma layihələrində, o cümlədən Cəbrayıl rayonunun Soltanlı kəndinin yeniden qurulmasında bilavasitə iştirak edir.
Humanitar və təhsil sahəsindəki əlaqələr iki xalq arasında canlı körpü rolunu oynayır. Macarıstan hökumətinin "Stipendium Hungaricum" təqaüd proqramı çərçivəsində hər il 200 azərbaycanlı tələbə Macarıstanın aparıcı universitetlərində bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almaq imkanı qazanır. Bakıda Azərbaycan Dillər Universitetində Macar Dili və Mədəniyyəti Mərkəzi, Budapeştdə isə Eötvöş Lorand Universitetində (ELTE) Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Bütün bu faktlar Azərbaycan-Macarıstan münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıq deyil, qarşılıqlı etimad və konkret layihələrə söykənən strateji birlik olduğunu göstərir.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Telegram kanalımız